xebermen.az

Alimlərdən 2026-ci il ilə bağlı XƏBƏRDARLIQ

20-12-2025, 10:52

 

2026-cı il orta qlobal temperaturun 1,4 °C həddini aşdığı ardıcıl dördüncü il ola bilər.

Bu barədə Britaniyanın Meteorologiya İdarəsi məlumat yayıb.

Alimlər 2026-cı ilin hava ilə bağlı müşahidələrin aparılmağa başladığı andan bəri ən isti illərdən biri olaca\ını proqnozlaşdırır. Bu, istiliyi atmosferdə saxlayan istixana qazlarının planetin isinməsini davam etdirməsi fonunda baş verə bilər.

Qeyd edilir ki, 2025-ci ilin yanvar-noyabr ayları üzrə qlobal orta temperatur sənayeöncəsi səviyyədən 1,48°C yüksək olub.

Hələlik 2024-cü il müşahidələr aparılmağa başlanandan bəri ən isti il olaraq qalır və 1850-1900-cü illər bazis dövrü ilə müqayisədə temperaturun ilk dəfə 1,5°C həddini aşdığı il kimi tarixə düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031