xebermen.az

Süni intellekt dünyanı boğur: Su ehtiyatları kritik həddə

19-12-2025, 11:06

 

Süni intellekt sistemləri atmosferə 8.5 milyon əhalisi olan Nyu-York şəhəri qədər karbon qazı atıb.

Bu nəticəyə "Digiconomist" şirkətinin təsisçisi, hollandiyalı alim Aleks de Vris-Qao gəlib.

Bu texnologiyanın istifadəsi nəticəsində su istehlakı üzrə göstəricilər isə demək olar ki, dünya əhalisinin qablaşdırılmış suya tələbatına bərabər olacaq.

Aleks de Vris-Qaonun sözlərinə görə, 2025-ci ildə çatbotlardan istifadə kəskin şəkildə artdığından, bu, süni intellektin konkret təsirini ölçmək üçün göstərilən ilk cəhddir.

Alimin hesablamalarına görə, bu il süni intellekt sistemlərindən istifadə nəticəsində yaranan CO2 emissiyalarının həcmi 32.6 milyon tondan 79.7 milyon tona qədər dəyişə bilər. Mütəxəssis bu diapazonun geniş olmasını məlumat mərkəzi operatorlarının hesabatlarındakı qeyri-müəyyən ifadələrlə əlaqələndirib və qeyd edib ki, hesabatlarda çox vaxt süni intellekt sistemlərindən istifadə nəticəsində yaranan zərərli emissiyaların nisbəti göstərilmir. Vris-Qao həmçinin su istehlakı ilə bağlı rəqəmlərin 312.5-764.6 milyard litr arasında dəyişə biləcəyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930