xebermen.az

Rusiyada məşhur kitab satışdan çıxarıldı - Bu səbəbdən

18-12-2025, 21:23

 

Rusiya kitab mağazaları yazıçı Ursula Le Quinin “Qaranlığın Sol Əli” adlı əsərini satışdan çıxarmağa başlayıb.

Bu barədə “Ostorojno, Novosti” “Telegram” kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, ölkənin bir neçə regionunda polis əməkdaşları eyni vaxtda kitab mağazalarına gələrək, əsərin ya “sınaq alışı” adı altında, ya da mağazalara qarşı tərtib edilən protokollara əsasən satışdan çıxarılmasını tələb ediblər. Hüquq-mühafizə orqanlarının xüsusilə Nalçik, Ulyanovsk və Çita şəhərlərindəki mağazalarla əlaqə saxladığı bildirilir.

Qadağanın əsaslandırılmasında “ekspert rəyləri də daxil olmaqla, FSB materiallarına” istinad edildiyi qeyd olunur.

Qanun pozuntularının konkret mahiyyəti açıqlanmasa da, romanın süjetinin ardıcıl hermafroditizmə malik Qış planetinin sakinləri ətrafında qurulduğu vurğulanır. Əsərdə intim münasibətlərin qeyri-ənənəvi formalarda təsvir edildiyi və qeyri-ənənəvi cinsi oriyentasiyalara işarələrin yer aldığı bildirilir.

Qeyd edək ki, “Qaranlığın Sol Əli” romanı elmi fantastika sahəsində nüfuzlu “Nebula” və “Hugo” mükafatlarına layiq görülüb. Əsər ilk dəfə SSRİ dövründə rus dilində nəşr olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930