xebermen.az

Ərdoğan masada yoxdursa, qərar da olmayacaq - İsraildən etiraf

17-12-2025, 10:05

 

İsrail mətbuatı Qəzza məsələsində Türkiyəsiz heç bir qərarın qəbul edilməyəcəyini yazıb.

Bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Qəzetə danışan mənbələrə görə, Qəzza görüşü yüksək səviyyəli zirvə və ya kritik qərarların veriləcəyi platforma deyil.

Mənbələr görüşdə müzakirələrin yalnız məsləhətləşmələrlə məhdudlaşacağını və yerdəki güc balansına təsir edəcək heç bir nəticənin müəyyən edilməyəcəyini bildiriblər. Həmçinin xəbərdə Türkiyənin Qətərdə keçirilən Beynəlxalq Sülhməramlı Qüvvələr danışıqlarına dəvət olunmadığı da vurğulanıb.

Türkiyənin kənarlaşdırılması ilə bağlı müzakirələrə cavab verən mənbələr bildiriblər ki, Ərdoğanın iştirak etmədiyi masada heç bir qərar qəbul edilməyəcək.

Qeyd edək ki, görüşə 45 ölkənin nümayəndələri dəvət olunsa da, İsrail açıq şəkildə Türkiyənin mümkün sülhməramlı qüvvələrdə iştirak etməsinə icazə verməyəcəyini bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930