xebermen.az

Ermənistan Göyçənin bu hissəsini Azərbaycana verir: İrəvanda ara qarışdı

16-12-2025, 10:21

Nikol Paşinyanın müavini, sərhədin demarkasiyası üzrə komissiyanın rəhbəri Mher Qriqoryanın ofisi bir neçə gün öncə Azərbaycan və Ermənistan nümayəndələrinin Geqarkunikdəki (Göyçə) Zod qızıl mədəninin sərhədyanı hissəsinə baxış keçirdiyi haqda məlumat yaydı. Ermənistan mediası sərhədin bu istiqamətində delimitasiya işlərinin başlandığı məlumatını yaysa da, Qriqoryanın ofisi bunu təkzib edib.

Erməni ekspertlər Zod yatağına nəzarətin Azərbaycana veriləcəyi haqda iddialar irəli sürür.

Erməni ekspert Armen Manvelyan iddia edir ki, Bakı və İrəvan arasında artıq razılaşma var.

“Razılaşmaya görə, Ermənistan tərəfi Azərbaycana Zod qızıl mədəninə nəzarət etmək imkanı verəcək. Yəni Zod mədəninə nəzarət etmək üçün birgə komissiya yaradılır və azərbaycanlılara mədənin Azərbaycanın nəzarətində olmayan hissəsinə baxış keçirmək imkanı verilir”, - o bildirib.

Paşinyan hakimiyyətini tənqid edən Manvelyan onu da iddia edir ki, Ermənistan yaxın gələcəkdə anklava çevriləcək: “Tavuşdakı anklavlar (Qazaxın kəndləri-red) qaytarılacaq və Gürcüstana gedən yol Azərbaycanın nəzarətinə keçəcək. Eyni zamanda, Tiqranaşeni (Kərki) verəcəklər, nəticədə cənuba gedən yoldan məhrum olacağıq. TRİPP layihəsi (Zəngəzur dəhlizi) işə dükdükdən sonra isə İranla quru əlaqəsi tamamilə kəsiləcək və Ermənistan kiçik bir anklava çevriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930