xebermen.az

"iPhone" üçün "WhatsApp"da YENİ FUNKSİYA

16-12-2025, 10:18

 

"WhatsApp" mesencerinin "iOS" üçün beta versiyasında "Strict Account Security Settings" adlı yeni, gücləndirilmiş hesab mühafizəsi funksiyası istifadəyə verilib.

Bu barədə məlumatı "WABetaInfo" yayıb.

Yeni funksiya təhlükəsizlik tədbirlərini bir düymə ilə aktivləşdirməyə imkan verir, əvvəllər isə bu parametrlər əl ilə qurulmalı idi.

Rejim aktivləşdirildikdə avtomatik olaraq maksimum məhdudiyyətlər tətbiq olunur:

- Tanımadığınız nömrələrdən fayl əlavələrinin qəbulu bloklanır;

- Keçidlərin önbaxışı söndürülür;

- Zənglər zamanı IP ünvanlar gizlədilir;

- Qrup çatlarına əlavə yalnız təsdiqdən sonra mümkün olur.

Yeniliyin əsas üstünlüyü ondan ibarətdir ki, hədəfli hücumlardan, spamdan və arzuolunmaz nömrələrdən qorunmaq istəyən istifadəçilər üçün çoxlu parametrləri detallı şəkildə tənzimləməyə ehtiyac qalmır.

Təhlükəsizlik sisteminin bütövlüyünü qorumaq məqsədilə bəzi məhdudiyyətlər rejim söndürüldükdən sonra da aktiv qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930