xebermen.az

Uşaqların "ChatGPT"dən istifadə etməsinin hansı təhlükələri var?

15-12-2025, 09:56

 

Bir sual verirsən, dərhal ətraflı izah edir və uzun bir cavab verir... Nə əlavə araşdırmağa ehtiyac qalır, nə də əlavə vaxt gedir.

Söhbət hər sahəyə sirayət edən süni intellektdən - daha dəqiq desək, "ChatGPT"dən gedir.

İşimizi asanlaşdırdığı doğrudur, amma uşaqların süni intellektdən istifadəsi düzgündürmü? Hazırda məktəbli uşaqların çoxu araşdırmaq, oxumaq, fikirləşmək istəmirlər. Çünki bütün bunları "ChatGPT" edir.

Məktəblilərin etdiyi etiraflar onu göstərir ki, uşaqların evdə süni intellektdən istifadəsi nəzarətsiz qalır.

Təhsil ekspertləri deyirlər ki, süni intellekt tədris prosesinə köməkçi vasitə kimi inteqrasiya olunmalıdır, tam əvəzləyici kimi yox.

Bir sözlə, əgər valideynlər uşaqların süni intellektdən istifadəsinə nəzarət etməsələr, yeni nəsil analitik düşünmək, yaradıcı yazmaq və problemi həll etmək qabiliyyətini itirə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930