xebermen.az

Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı

14-12-2025, 10:47

 

Rusiya xüsusi təyinatlı polis qüvvələri Voronejdə azərbaycanlılara qarşı əməliyyat keçirib.


Həbs edilənlər arasında Voronej şəhərində nüfuz sahibi olan, "Alekseevskaya bazarı"nın nəzarətçisi, kriminal avtoritet Niyaz Zahidov da var.


N.Zahidov 2005-ci ildə Voronej məhkəməsi tərəfindən qəsdən adam öldürməyə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Azərbaycanda çəkib, vaxtından əvvəl azadlığa buraxılıb. Sabirabad Rayon Məhkəməsi tərəfindən məhkumluğu vaxtından əvvəl götürülüb.


O, bir neçə dəfə Voronejə getmək istəsə də, Rusiyaya buraxılmayıb. Zahidov 2019-cu ildə Rusiya vətəndaşlığını alıb.


Sonuncu dəfə polis tərəfindən saxlanılarkən Zahidovun Rusiya pasportu əlindən alınıb və qanunsuz miqrantlar üçün saxlama mərkəzinə göndərilib. Onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031