xebermen.az

Bayrama görə bu ailələrə birdəfəlik yardım edilə bilər

12-12-2025, 14:57

 

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur.

Bu barədə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda belə bir praktika mövcud deyil.

Ekspertin sözlərinə görə, sosial müavinət alan şəxslərə dövlət tərəfindən yalnız aylıq ödənişlər verilir və bu mexanizmin bayram günləri üçün ayrıca formada genişləndirilməsi planlaşdırılmır.

“Bəzi şirkətlər tərəfindən xeyriyyə aksiyalarının keçirilməsi mümkündür. Adətən Yeni il ərəfəsində uşaq evlərinə, qocalar evlərinə və sosial yardıma ehtiyacı olan digər insanlara könüllü şəkildə dəstək göstərilir. Lakin dövlət tərəfindən əlavə birdəfəlik ödənişlərin ayrılması hələlik nəzərdə tutulmayıb,” – deyə Natiq Cəfərli qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031