xebermen.az

Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın

12-12-2025, 14:57

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir.

Tokayev Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Etimad İli 2025" forumunda bildirib ki, hərtərəfli razılaşma Cənubi Qafqazda sabitliyi təmin edəcək.

"Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir və regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır", - deyə o bildirib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda, Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031