xebermen.az

Dekabrın 14-ü səmaya baxmağı unutmayın: Nə baş verəcək?

11-12-2025, 21:10

 

Dekabrın 13-dən 14-nə keçən gecə Geminid meteor yağışı baş tutacaq.

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) bəyanat yayıb.

Bildirilib ki, ayın əvvəlindən başlayan meteor yağışı dekabrın 14-də zirvəyə çatacaq.

Bakıdan Geminid meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək olacaq. Meteor yağışının ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.

Qeyd edək ki, Geminid meteor yağışı, Yer kürəsinin hər il dekabr ayında 3200 Faeton adlı asteroidin buraxdığı toz və qaya qırıntıları buludundan keçərkən güclü və parlaq meteorların yaratdığı astronomik hadisədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930