xebermen.az

Pezeşkiana Qazaxıstanda fəxri doktorluq dərəcəsi verildi

11-12-2025, 21:08

 

Bu gün İran prezidenti Məsud Pezeşkian Qazaxıstana səfəri zamanı Nazarbayev Universitetinin fəxri doktoru adına layiq görülüb.

Təqdimat mərasimində çıxış edən Pezeşkian professorlar və tələbələrlə bir arada olmaqdan məmnunluğunu bildirib və universitetin tibb sahəsində bölgənin aparıcı elm mərkəzlərindən biri olduğunu vurğulayıb.

Prezident çıxışında qeyd edib ki, İran və Qazaxıstanın həm “şanlı keçmişi”, həm də “parlaq gələcəyi" var. “Minillər əvvəl İbn Sina, Fərabi, Xarəzmi və Biruni dünya sivilizasiyasının inkişafına təsir göstərirdisə, bu gün iranlılar və qazaxlar müasir tibb, vaksinlər, rəqəmsal səhiyyə və yeni texnologiyalar sahəsində bu yolu davam etdirə bilərlər”, – deyə o, bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031