xebermen.az

Süni yolkaların təhlükələri barədə XƏBƏRDARLIQ edildi

11-12-2025, 10:32

 

Tanınmış rusiyalı həkim Elena Pyatikova süni yolkaların sağlamlığa zərərləri barədə xəbərdarlıq edib.

Pulmonoloq yolkaların plastik materialdan hazırlandığını, qızdırıldıqda və ya saxlanılma şəraiti düzgün olmadıqda burun və boğazda qıcıqlanmaya səbəb ola biləcəyini bildirib.

Həkimin sözlərinə görə, süni yolkalar allergiya, baş ağrısı yaradan, hətta uzun müddət nəfəs aldıqda qaraciyərə mənfi təsir göstərə bilən zərərli maddələr buraxa bilər.

Bundan əlavə, süni ağaclarda istifadə edilən əlavə ətirlər və boyaların tənəffüs zamanı və ya dəri ilə təmasda əlavə risklər yaratması ehtimalı var.

Pyatikova insanlara müasir parça yolkaları seçməyi tövsiyə edib. Onun fikrincə, bu tip yolkalar daha ekoloji, sağlamlıq üçün isə daha təhlükəsizdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930