xebermen.az

Ermənistanda Zəngəzur dəhlizini bu şirkət quracaq: Tikintinin başlayacağı tarix bəllidir

10-12-2025, 10:28

 

Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP) layihəsini həyata keçirmək üçün Ermənistanda “TRIPP Company” adlı birgə erməni-amerikan müəssisə qeydiyyatdan keçəcək.


Ermənistanın Baş nazir Nikol Paşinyan bu barədə Almaniya Xarici Əlaqələr Şurasında bildirib. Onun sözlərini hökumətin mətbuat xidməti sitat gətirib.


“Ermənistanda “TRİPP” adlı erməni-amerikan birgə müəssisəsi qeydiyyatdan keçəcək və o, dəmir yolları, avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək”, - Paşinyan bildirib.


O əlavə edib ki, gələn ildən praktiki icraya və tikintiyə başlanılacaq.


Paşinyanın fikrincə, “Trump Route” layihəsi, eləcə də Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında fasiləsiz əlaqəni təmin edən Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930