xebermen.az

Güclü günəş partlayışlarının sayı artdı

10-12-2025, 10:27

 

M sinfinə aid, yəni sondan əvvəlki kateqoriyaya daxil olan Günəş partlayışlarının sayı doqquza çatıb.


Bu barədə Tətbiqi Geofizika İnstitutu (FGKU “İPG”) məlumat yayıb.


“Bakı vaxtı ilə 9 dekabr saat 12:05-də rentgen diapazonunda 4294 (S12W46) ləkə qrupunda 17 dəqiqə davam edən M1.2 sinifli alışma qeydə alınıb. Saat 19:14-də isə həmin 4294 (S13W52) qrupunda 32 dəqiqə davam edən M1.5 sinifli alışma müşahidə olunub”, — deyə məlumatda bildirilib.


Dekabrın 9-da institut günorta saatlarınadək Günəşdə M sinifinə aid yeddi alışmanın baş verdiyini açıqlamışdı.


Dekabrın 8-də isə Günəşdə 15 dəqiqə davam edən X sinfi üzrə güclü alışma qeydə alınmışdı.


Günəş alışması, Günəşdə burulmuş maqnit sahələrindəki enerjinin kəskin şəkildə sərbəst qalması ilə baş verən partlayışa deyilir. Bu zaman elektromaqnit spektrinin bütün diapazonlarında, o cümlədən radiodalğalar və qamma-şüaları daxil olmaqla güclü radiasiya axını yaranır. Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq A, B, C, M və ya X sinifləri ilə təsnif edilir. Ən güclü alışmalar Yerdə radio maneələrə səbəb ola və uzunmüddətli maqnit qasırğaları yarada bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930