xebermen.az

Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat

9-12-2025, 15:00

 

Qazaxıstan iki xarici laboratoriyadan tədqiqatların nəticələrini gözləyir, bundan sonra Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabatı dərc edəcək.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına görə, hava nəqliyyatı qəzası ilə bağlı araşdırmanın yekun hesabatı qəza tarixindən etibarən 12 ay ərzində dərc olunmalıdır.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Qroznı səmasında vurulduqdan sonra Qazaxıstana istiqamət alıb və zədələnməsi səbəbindən Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031