xebermen.az

Belarus sərhədlərində gərginlik: Rusiya hər an zərbə endirə bilər

9-12-2025, 15:00

 

İttifaq dövlətləri Rusiya və Belarusun qərb sərhədləri boyunca NATO-nun hərbi fəaliyyətinin artmasına adekvat cavab verməyə hazırdır.

Bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Serqeyenko bəyan edib.

"NATO ölkələri hazırda açıq şəkildə böyük müharibəyə hazırlaşır, yenidən silahlanma planlarını həyata keçirir, lazımi infrastruktur və logistika yaradır. Alyansın qərb sərhədlərimizdə hərbi mövcudluğu genişləndirilir və Rusiyaya qarşı qabaqlayıcı zərbələrin endirilməsi ehtimalı artıq müzakirə olunur. Biz bu təhdidlərə adekvat cavab verməyə hazırıq", - Serqeyenko bildirib.

O vurğulayıb ki, "İttifaq Dövlətinin Təhlükəsizlik Zəmanətləri haqqında Müqavilə"nin ratifikasiyası potensial xarici təhlükədən müdafiə üçün mövcud olan bütün qüvvə və vasitələrin arsenalını yerləşdirməyə imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930