İki rayonda şəhid ailələri və əlillər üçün 44 mənzil alınacaq
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara və Sabirabad rayonlarında mənzillər alacaq.
Bunun üçün agentlik 2 milyon 464 min manat vəsait nəzərdə tutub.
Belə ki, Astara rayonunda 22 ədəd birotaqlı və 14 ədəd ikiotaqlı mənzilin alınması planlaşdırılır. Bu məqsədlə ilkin olaraq 1 milyon 820 min manat vəsait ayrılıb. Sabirabad rayonunda isə 8 ədəd üçotaqlı mənzilin alınması nəzərdə tutulub və bu layihəyə 644 min manat ayrılması nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: