xebermen.az

ABŞ-da İran vətəndaşı qalmayacaq: Daha bir qrup deportasiya edilir

8-12-2025, 15:00

 

İranın ABŞ-dan deportasiya edilən 55 vətəndaşı yaxın günlərdə ölkəyə gələcək.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.

"Yaxın günlərdə təxminən 55 vətəndaş İrana qayıdacaq. Bu, son aylarda İrana qayıdan ikinci qrupdur", - deyə Bəqayi qeyd edib.

O, ABŞ-dan deportasiyaların siyasi əsaslarla və beynəlxalq hüququ pozan anti-immiqrant siyasətləri əsasında həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, ilk qrup – 120 nəfər oktyabr ayında Qətər vasitəsilə Tehrana gəlib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Tehran və Vaşinqton arasında birbaşa əlaqə olmadığı üçün bu proses vasitəçilər vasitəsilə həyata keçirilr.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930