xebermen.az

Bu ölkədə əhali sayına limit qoyulacaq - 10 milyonu keçməsin!

8-12-2025, 09:55

 

İsveçrə sakinlərinin 48 faizi əhali limitinin 10 milyon nəfər olaraq müəyyən edilməsini istəyir.


Bu barədə "Bloomberg" "Tamedia/20 Minuten" sorğusuna istinadən yazıb.


Bildirilir ki, ölkə sakinlərinin təxminən yarısı sağçı Xalq Partiyasının irəli sürdüyü əhalinin sayını 10 milyonla məhdudlaşdırmaq təklifini dəstəkləyib.


Partiya nümayəndələri immiqrasiyaya qarşı çıxır və həddindən artıq əhali artımının mənzil, nəqliyyat və kommunal xidmətlərlə bağlı problemlərə səbəb olduğunu iddia edirlər.


Belə bir qərar sərbəst hərəkət razılaşması da daxil olmaqla, Aİ ilə əsas müqavilələrin yenidən müzakirəsini tələb edir.


Təşəbbüsün tərəfdarları qeyd ediblər ki, gələn ilin iyun ayında referendum keçiriləcək, lakin hökumət hələlik bu məlumatı təsdiqləməyib. Hazırda əhali limitini dəstəkləmək üçün 100 min imza toplanıb.


Qeyd edək ki, İsveçrədə hazırda əhalinin sayı 9 milyondan bir qədər çoxdur. Hər dörd sakindən biri xarici ölkədə doğulub. 10 milyonluq limitin 2035-ci ilə qədər aşılacağı proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930