xebermen.az

Dünyanın düz olduğunu iddia edənlərə fürsət - Sübut edən şəxs 3 milyard dollar alacaq

7-12-2025, 09:30

 

“Columbia Sportswear” şirkətinin baş direktoru Tim Boyl, Dünyanın düz olduğunu sübuta yetirən şəxsə 3 milyard dollarlıq ailə şirkətini verəcəyini vəd edib.

Boyle, planetin fiziki sonunun olduğunu sübut edə bilən və o biri tərəfdəki uçurumu real fotoşəkillə göstərə bilən şəxsə ailə şirkətini verəcəyini açıqlayıb.

Onun sərvətinin təxminən 1,6 milyard dollar olduğu təxmin edilir. Lakin, 1938-ci ildən bəri fəaliyyət göstərən ailə şirkətinin ümumi dəyəri 3 milyard dollara çatır.

Boyl həmçinin təklifin heç bir hüquqi prosedur, əlavə şərt və ya sənədləşmə olmadan keçərli olduğunu bildirib.

“Biz şirkətin bütün aktivlərini hədiyyə edəcəyik. Hamısını. Heç bir şərt qoyulmur”, - o deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930