xebermen.az

NATO “Rusiya–NATO Şurası”nı rəsmən ləğv etdi

4-12-2025, 10:12

 

"Rusiya-NATO Şurası" artıq mövcud deyil.

Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Şimali Atlantika Alyansının xarici işlər nazirlərinin toplantısından sonra bildirib.

Onun sözlərinə görə, alyansın baş katibi Mark Rütte iclasda şuranın fəaliyyətinin tamamilə dayandırıldığını rəsmən bəyan edib.

Nazir bildirib ki, şura Avropa təhlükəsizliyinin Rusiya ilə birlikdə formalaşdırıla biləcəyinə inanılan dövrdə yaradılmışdı, lakin hazırkı reallıq tam əksini göstərir:

"Bu gün Avropanın təhlükəsizliyi Rusiyaya qarşı qurulur".

Qeyd edəkki, "Rusiya-NATO Şurası" 2002-ci ilin mayında İtaliyada təsis olunmuşdu. "29+1" formatlı mexanizm çərçivəsində Moskva və NATO ölkələri təhlükəsizlik, silahlara nəzarət, terrorla mübarizə və insidentlərin qarşısının alınması kimi məsələləri bərabər əsaslarla müzakirə edirdilər. Lakin son illər şura praktik olaraq fəaliyyət göstərmirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930