xebermen.az

Avropada kişi və qadınların qazancı arasındakı fərq açıqlandı

4-12-2025, 10:11

 

Avropa Gender Bərabərliyi İnstitutu (EIGE) yenilənmiş Gender Bərabərliyi İndeksini açıqlayıb.

Avropa İttifaqının ümumi balı 100 baldan 63.4 təşkil edib. Hesablamalara görə, hazırkı templə tam bərabərliyə nail olmaq üçün ən azı 50 il vaxt lazım olacaq.

Cinslər arasındakı əsas sosial problem əməkhaqqı fərqi olaraq qalır. Aİ-də qadınlar orta hesabla kişilərin illik gəlirinin yalnız 77%-ni qazanırlar. Bu, o deməkdir ki, qadınlar kişilərin bir ildə qazandıqları məbləği əldə etmək üçün 15 ay 18 gün işləməlidirlər.

Gender bərabərliyi indeksində İsveç 73.7 balla lider olaraq qalır. Ardınca Fransa (73.4) və Danimarka (71.8) gəlir. Ən pis vəziyyət Kiprdə (47.6 bal), Macarıstanda (51.6) və Çexiyada (53.2) müşahidə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031