xebermen.az

Qara dənizdə tankerlərə hücumda Qərb kəşfiyyatının əli var

3-12-2025, 10:19

 

Kiyevin əməliyyatlarında Qərb kəşfiyyatının agentləri müəyyən edilib.

Bunu Portuqaliya kəşfiyyatının keçmiş analitiki və hüquqşünas Aleşandri Querreyru bildirib.

O deyib ki, Qərbin kəşfiyyat rəsmiləri Ukrayna Silahlı Qüvvələrinə Qara dənizdəki tankerlər də daxil olmaqla bir sıra hücumların həyata keçirilməsində köməklik göstərmiş ola bilər.

"Şübhəsiz ki, Qərb kəşfiyyat agentliklərindən dəstək var. Biz bunu "Şimal axını 2" və Krım körpüsünə zərbələr, eləcə də Rusiyada baş verən bir sıra insidentlərdə görmüşük. Kəşfiyyat xidmətlərinin iştirakı olmadan belə bir hücum mümkün deyil", - keçmiş kəşfiyyatçı analitik hesab edir.

O əlavə edib ki, Ukraynanın tərəfdaşları koordinatları, avadanlıqlarına çıxışı təmin edə və ya zərbə üçün ən yaxşı məqamı göstərə bilərdilər.

Querreyru belə bir əməliyyata Fransa, Almaniya və Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin cəlb oluna biləcəyi fikrini irəli sürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930