xebermen.az

Avropanın iki dövlətinin liderləri mübahisə etdi: Dava pul davasıdır

2-12-2025, 13:52

 

Almaniya kansleri Fridrix Merts və Polşanın baş naziri Donald Tusk arasında əməkdaşlıq nümayişi kimi nəzərdə tutulan danışıqlar gərgin fikir mübadiləsinə çevrilib.

Buna səbəb bir daha İkinci Dünya Müharibəsi üçün təzminat məsələsi oldu.

“Politico”ya görə, hər iki ölkənin liderləri əvvəllər də Almaniyanın 1939-1945-ci illər hadisələrindəki məsuliyyəti ilə bağlı mübahisə ediblər. Millətçi Qanun və Ədalət partiyasının təzyiqi altında Tusk Berlini təzminat məsələsini həll etməkdən imtina etdiyinə görə kəskin tənqid edib.

O, Polşanın işğal dövründə verdiyi itkilərə və ölkədə törədilən cinayətlərə görə heç vaxt kompensasiya almadığını bildirib. Varşava daha əvvəl iddialarının məbləğini təxminən 1,3 trilyon avro olaraq bildirmişdi. Almaniya təzminat məsələsinin bağlanmasında israr edir.

Məsələnin gərginləşməsi digər məsələlərin müzakirəsini çətinləşdirib. Berlin müdafiə və Ukraynaya dəstək mövzusunda birlik nümayiş etdirməyə ümid edirdi, lakin təzminatlarla bağlı mübahisə gündəmi kölgədə qoyub.

“Politico” qeyd edir ki, gərginlik sərhəd nəzarətindən tutmuş “Şimal axını” qaz kəmərində baş verən partlayışların araşdırılmasına qədər bir sıra məsələlərdə əməkdaşlığa mane ola bilər.Avropanın iki dövlətinin liderləri mübahisə etdi: Dava pul davasıdır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930