xebermen.az

Süni intellektdən təzminat tələb edildi

2-12-2025, 13:48

 

Yaponiyanın "Kyodo" xəbər agentliyi məzmunlarının icazəsiz istifadə edildiyini bildirərək ABŞ-ın "Perplexity AI" şirkətindən təzminat tələb edib.

Agentlik iddia edir ki, şirkət "47 News" saytındakı xəbərləri icazəsiz şəkildə süni intellekt cavablarında istifadə edib və 2024-cü ilin avqustundan sayta yüz minlərlə dəfə daxil olaraq müəllif hüquqlarını pozub.

"Kyodo" eləcə də "Mainichi" və "Sankei Shimbun" qəzetləri şirkətdən pozuntulara son qoymağı, dəymiş zərəri ödəməyi və məlumatların necə toplandığını izah etməyi tələb ediblər. "Nikkei" və "Asahi Shimbun" isə buna bənzər iddia ilə ümumilikdə 30 milyon dollarlıq təzminat tələb etdiklərini açıqlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930