xebermen.az

Durov süni intellektin qarşısında SƏDD ÇƏKDİ - Şəxsi məlumatlar oğurlanmayacaq

1-12-2025, 10:35

 

Sahibkar, "Telegram" messencerinin təsisçisi Pavel Durov, süni intellekt (SI) və TON blokçeynindən (The Open Network) istifadə edəcək mərkəzləşdirilməmiş gizli hesablama şəbəkəsi olan COCOON-un (Confidential Compute Open Network) işə salındığını elan edib.


O, bu barədə "Telegram" kanalında paylaşım edib.


Onun sözlərinə görə, bu şəbəkə istifadəçilərə SI ilə qarşılıqlı əlaqədə 100% məxfilik təmin edir.


""Telegram"ın avtomatik mesaj tərcüməsi ilə bağlı sorğularının bir qismi artıq bu şəbəkə vasitəsilə həyata keçirilir", - Durov yazıb.


Həmçinin o qeyd edib ki, tərtibatçılar mərkəzləşdirilmiş provayderlər, məsələn "Microsoft" və ya "Amazon" ilə müqayisədə daha aşağı qiymətlərlə hesablama resurslarına çıxış əldə edirlər. Onun sözlərinə görə, qrafik kart sahibləri COCOON-a öz avadanlıqlarını qoşmaqla real vaxtda TON kriptovalyutası qazana bilərlər.


Oktyabrın 29-da Durov bildirib ki, "Telegram" blokçeyn, süni intellekt və sosial şəbəkələrin kəsişməsində yerləşir. Eyni zamanda o, vurğulayıb ki, mərkəzləşdirilmiş SI platformaları tez-tez istifadəçilərin şəxsi məlumatlarını toplayır və istifadə edir, halbuki COCOON decentralizasiya və məxfilik prinsiplərinə əsaslanan alternativ kimi yaradılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930