xebermen.az

Azərbaycana yeni radarlar gətirilib - Sürətlə gəlib yavaşlamaq "işə yaramayacaq"

1-12-2025, 10:31

 

Xəbər verdiyimiz kimi, ödənişli yola radarlar quraşdırılıb.

Bu radarlar digərlərindən fərqlənir. Belə ki, onlar smart radarlardır və sürücünün orta sürətini müəyyənləşdirə bilir. Yəni, artıq radara çatanda sürəti yavaşlatsanız belə, cərimə oluna bilərsiniz. Bu ağıllı sistem 2 radar arasındakı məsafəyə uyğun orta sürətinizi müəyyən edəcək və limiti aşsanız bunu biləcək.

129 kilometrlik yol boyunca 20 radar quraşdırılacaq.

Qeyd edək ki, radar quraşdırılması yol ödənişli olduğu üçün narazılıqla qarşılanıb. Lakin, hazırda sürəti 110 km/saat müəyyənləşdirilmiş yolda həddin artırılması istiqamətində dəyişikliyin edilməsi də nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031