xebermen.az

Bu ölkədə ağaca görə insanlara peyvənd vurulacaq

29-11-2025, 15:13

 

Rusiyada ağcaqayın tozundan yaranan allergiyanın və müəyyən qidalara qarşı allergiyanın qarşısının alınması, müalicəsi üçün peyvəndin III mərhələ klinik sınaqları başlayıb.

Bu barədə Rusiya Federal Tibbi və Bioloji Agentliyinin rəhbəri Veronika Skvortsova yerli mediaya açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, sınaqların birləşdirilmiş birinci və ikinci mərhələləri artıq başa çatıb. Bu isə mövcud qanunvericiliyə əsasən peyvəndin bütün onu qəbul edənlərdə effektivliyinin davamlı olaraq izlənilməsi şərtilə qeydiyyatı üçün kifayət edir. Skvortsova onu da qeyd edib ki, üçüncü mərhələ üçün sınağa cəlb olunanlar prosesə fəal şəkildə cəlb olunurlar.

Mütəxəssislər effektiv doza üçün 80 mikroqramı seçiblər. Peyvənd dörd həftə ara ilə beş dəfə dərialtı vurulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031