xebermen.az

Əliyev İrəvana gedəcək, ya Paşinyan Bakıya gələcək? - Bir neçə aydır müzakirə olunur

28-11-2025, 10:36

 

“3+3” formatında növbəti görüşün vaxtı və yeri hələ müəyyənləşməyib.


Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavabında deyilir.


İclasın təşkili bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirir.


Nazirlik xatırladıb ki, əvvəlki görüşün yekunları üzrə regional məsləhət platformasının iştirakçıları növbəti iki görüşün İrəvan və Bakıda keçirilməsinin vacibliyi ilə bağlı qarşılıqlı anlaşma əsasında diplomatik kanallar vasitəsilə növbəti görüşün tarixini və yerini müəyyən etmək barədə razılığa gəliblər.


"Bu sahədə konstruktiv müzakirələr davam edir", - XİN-dən aydınlıq gətirilib.


Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, Moskva növbəti görüşün təşkili ilə bağlı İrəvan və Bakı arasında operativ razılığın əldə olunmasını gözləyir.


Əvvəlki üç görüş ardıcıl olaraq Moskva, Tehran və İstanbulda keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930