xebermen.az

Aİ Ermənistan üçün PLAN CIZIR - Son vaxtlar İrəvan və Bakı ...

28-11-2025, 10:35

 

Avropa İttifaqı Ermənistanı Aİ üzvlüyünə potensial namizəd kimi nəzərdən keçirir.


Bu barədə "Politico" nəşri məlumat yayıb.


"Bəlkə də Ermənistan növbəti Moldovaya çevrilə bilər", - deyən Avropa rəsmisi Kişinyovun Avropa Birliyinin assosiativ üzvü statusuna və Moldovanın bloka tam qoşulması ilə bağlı ötən il başlayan danışıqlara işarə edib.


Məqalədə qeyd olunub ki, son vaxtlar İrəvan və Bakı Brüssellə əlaqələrini aktivləşdiriblər. Avropa İttifaqı hesab edir ki, Ermənistan və Azərbaycanla münasibətlər regionda konstruktiv əməkdaşlığın inkişafı və Türkiyə ilə əlaqələrin gücləndirilməsi üçün açardır.


Oktyabr ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan bir ay ərzində Avropa İttifaqına üzvlük üçün müraciət edə bilər. Nazir qeyd edib ki, müraciətin vaxtı bir sıra amillərdən asılıdır, lakin Ermənistan hakimiyyəti AB ilə əməkdaşlığın inkişafına böyük önəm verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031