xebermen.az

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilir

28-11-2025, 10:29

 

Bakıda ilk dəfə Gələcəyin Peşələri Sammiti fəaliyyətə başlayıb.


Tədbir Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilir.


Sammitinin əsas məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıq tələblərini, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etməklə, iştirakçıların gələcək iş dünyasına hazırlığını dəstəkləməkdir.


Sammitin hədəfləri isə gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, hədəf qrup olan peşəkarların daha çevik, innovativ və rəqabətədavamlı karyera həlləri ilə təmin olunmasına şərait yaradılmasıdır.


Tədbirdə yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, sahibkarlar, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları olmaqla 250 nəfər iştirak edirlər.


Qeyd edək ki, sammit daha əvvəl 30 oktyabrda Naxçıvan şəhərində “Gələcəyə tərəf” devizi altında baş tutmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930