xebermen.az

Dünya şokda: Bu ölkə ABŞ və Rusiya arasında ikili oyun oynayır

27-11-2025, 10:28

 

Hazırda Çin həm Rusiya ilə əməkdaşlığı gücləndirir, həm də Qərbin maliyyə-iqtisadi sistemində qalaraq şimal-cənub geosiyasət balansını qorumağa çalışır.


Bunu rusiyalı iqtisadçı Mixail Xazin bildirib.


O qeyd edib ki, Qərbin dollar emissiyası, valyuta spekulyasiyası və yüksək istehlaka əsaslanan maliyyə-iqtisadi modeli hazırda böhran ərəfəsindədir.


İqtisadçının fikrincə, Çin bu vəziyyətdən istifadə edərək, Rusiya ilə münasibətlərini saxlamaqla yanaşı, Qərbin iqtisadi sistemindən çəkilmədən maliyyə-ticarət əlaqələrini qoruyur. Lakin bu “ikili strategiya” Pekin üçün uzunmüddətli perspektivdə ciddi təhlükələr doğura bilər.


Xazin əlavə edib ki, əgər Çin və Rusiya birlikdə Qərb modelindən fərqli alternativ iqtisadi model hazırlamasalar, Çin “köhnəlmiş Qərb sistemi”nin çöküşü zamanı itki ilə üzləşə bilər.


Mütəxəssis vurğulayıb ki, hazırkı beynəlxalq iqtisadi və geosiyasi dəyişikliklər fonunda bu cür “ikili oyun” ölkələr üçün uzunmüddətli risklər daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930