xebermen.az

Sürücülərin NƏZƏRİNƏ: Etibarnamələr ləğv olunacaq...

27-11-2025, 10:27

 

Sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərlə bağlı etibarnamələrin gələcəkdə ləğv edilə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib.


Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillərə dair verilən etibarnamələrin hazırkı mexanizminə yenidən baxılması zərurəti yaranır.


Ekspertin sözlərinə görə, avtomobilə “əmlak kimi” verilən etibarnamə ilə avtomobili idarə etmək üçün verilən etibarnamə arasında ciddi fərq mövcuddur:


“Avtomobili sürmək üçün verilən etibarnamə fərqli olmalıdır. Bugünkü dövrdə düşünürəm ki, avtomobillərin idarə olunması üçün verilən etibarnamələrin məsələsinə yenidən baxılmalıdır”.


Cəfərov etibarnamələrin nə vaxt ləğv edilə biləcəyi ilə bağlı konkret tarix verməyin mümkün olmadığını da vurğulayıb.


“İndi deyə bilmərik ki, nə vaxtsa ləğv ediləcək. Bunu indidən proqnozlaşdırmaq çətindir. Bu, yalnız müvafiq qurumların qərarı ilə baş verə bilər”.


  Sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərlə bağlı etibarnamələrin gələcəkdə ləğv edilə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib. Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillərə dair verilən etibarnamələrin hazırkı mexanizminə yenidən baxılması zərurəti yaranır. Ekspertin sözlərinə görə, avtomobilə “əmlak kimi” verilən etibarnamə ilə avtomobili idarə etmək üçün verilən etibarnamə arasında ciddi fərq mövcuddur: “Avtomobili sürmək üçün verilən etibarnamə fərqli olmalıdır. Bugünkü dövrdə düşünürəm ki, avtomobillərin idarə olunması üçün verilən etibarnamələrin məsələsinə yenidən baxılmalıdır”. Cəfərov etibarnamələrin nə vaxt ləğv edilə biləcəyi ilə bağlı konkret tarix verməyin mümkün olmadığını da vurğulayıb. “İndi deyə bilmərik ki, nə vaxtsa ləğv ediləcək. Bunu indidən proqnozlaşdırmaq çətindir. Bu, yalnız müvafiq qurumların qərarı ilə baş verə bilər”.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930