xebermen.az

Bu ölkədən Azərbaycana birbaşa aviareyslər açılacaq

25-11-2025, 09:57

 

Serbiyanın milli aviadaşıyıcısı "Air Serbia" gələn ilin yayında Belqrad və Bakı arasında birbaşa uçuşların açılması ilə bağlı Azərbaycanla danışıqların son mərhələsindədir.

Bu barədə aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın Radio Televiziyasına (RTS) məlumat verib.

Onun sözlərinə görə, "Air Serbia" Yaxın Şərqə yeni aviareysin açılması imkanını da nəzərdən keçirir:

"Avropada biz şəbəkəmizi daha da genişləndirməyi və yeni istiqamətlər açmağı planlaşdırırıq. Tiflisdəki uğurumuzdan sonra biz Bakıya növbəti marşrutumuzu işə salmaq üçün danışıqların son mərhələsindəyik. Tezliklə qərar veriləcək. Biz həmçinin Yaxın Şərq istiqamətini də nəzərdən keçiririk".

O, noyabrın əvvəlində Astanadan Belqrada birbaşa uçuşlar açan Qazaxıstanın "SCAT" aviaşirkəti ilə əməkdaşlığı da xatırladıb: "Biz, həmçinin "Royal Jordanian Airlines" (İordaniyanın milli aviaşirkəti – red.) ilə də gələn ilin aprelində Əmmandan reyslərin başlaması planlaşdırırıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930