xebermen.az

"Avropa üçlüsü" Zaporojye AES-ə nəzarəti kimə təhvil vermək istəyir?

24-11-2025, 10:32

 

Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ-ın təkliflərinə cavab olaraq hazırlanmış Avropa əks-planının yekun mətni Zaporojye Atom Elektrik Stansiyasının (AES) Kiyevin nəzarətinə təhvil verilməsini nəzərdə tutmur.


Bu barədə "TASS" məlumat yayıb.


Böyük Britaniya, Almaniya və Fransa (Avropa üçlüsü) tərəfindən hazırlanan sənəddə AES-in Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında yenidən işə salınacağı bildirilir.


Təklifdə vurğulanır ki, istehsal olunan enerji Rusiya və Ukrayna arasında bərabər bölünməlidir.


Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsinə dair sülh planı ilə çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031