xebermen.az

Qitələr tədricən yoxa çıxır: Nə baş verir?

24-11-2025, 10:31

 

Geoloqlar planetimizin mantiyasında qitələrin alt tərəflərini aşındıran və Yerin içərisindən almazla zəngin süxurların səthə qalxmasına səbəb olan maqnit dalğalarının mövcudluğunu kəşf ediblər.

Tədqiqat "Nature Geoscience" jurnalında dərc edilib.

Alimlər okean vulkanizmi və kontinental plitələrin hərəkəti ilə bağlı uzun müddətdir davam edən bir sirri açıblar. Onlar bəzi adaların kontinental plitələrdən uzaqda yerləşməsinə baxmayaraq, niyə bu qədər kontinental materiala malik olduğunu izah ediblər.

Geoloqlar qitələrin alt hissələrinin yavaş-yavaş "əridiyini" və onlardan ayrılan hissələrin okeanların dərinliklərinə irəlilədiyini aşkar ediblər. Bu, zəif maqnit dalğaları vasitəsilə baş verir.

Alimlərin fikrincə, məhz buna görə də, okeanların dibində qədim qitələrin qalıqlarına rast gəlinir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930