xebermen.az

Bədbəxt hadisələrin gəlişindən xəbər verir... - Ən böyük "Qiyamət balığı" sahilə çıxdı

22-11-2025, 10:52

 

Avstraliyada nəhəng "qiyamət balığı" sahilə çıxıb.


Avstraliyanın Tasmaniya əyalətinin sahilində yerli sakin fəlakət xəbərçisi hesab edilən nadir balıq növü aşkar edib.


"Qiyamət balığı" kimi də tanınan balıq üç metr uzunluğunda olub.


"The Guardian" qəzetinin yaydığı məlumata görə, bu, indiyə qədər sahilə çıxmış ən böyük "Qiyamət balığı"dır.


"Bu, çox qeyri-adi bir balıqdır. Onlar yalnız xəstələndikdə və ya öldükdə sahilə çıxırlar", - deyə Makkuori Universitetinin balıq mütəxəssisi, professor Kulum Braun bildirib.


Braunun sözlərinə görə, bu balıqların uzunluğu səkkiz-doqquz metrə çata bilər, lakin onlar 200-1500 metr dərinlikdə yaşadıqları üçün onlara rast gəlinmir.


Qeyd edək ki, "Qiyamət balığı"nın sahilə çıxmasının zəlzələ və ya sunami kimi fəlakətlərdən xəbər verdiyinə inanılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930