xebermen.az

Yasamalda baş verən yanğında xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI

22-11-2025, 10:48

 

Ötən gün Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş, üç nəfərin ölümü, 20 nəfərdən çox şəxsin zəhərlənməsi ilə nəticələnən yanğında xəsarət alanların son vəziyyəti açıqlanıb.

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbi ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda yeddi nəfərin (beşi qadın, ikisi kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan altı nəfərin vəziyyəti orta ağır, bir nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova tüstüdən zəhərlənərək ölüblər.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930