xebermen.az

Ermənistan Azərbaycanla sərhəddə “qala” tikir: İrəvanda qorxurlar ki...

21-11-2025, 10:18

 

Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə beton bunkerlər və ya Parlamentin Müdafiə Komitəsinin sədri Andranik Köçəryanın dediyi kimi, sərhəd qalaları tikir.

Bu qalaların tikintisi ermənilər arasında xof yaradıb. Bununla bağlı “Hraparak”ın məqaləsində bildirilir.

“Müdafiə Nazirliyindəki mənbələrimiz bildirir ki, bu “qalaların” tikintisi üçün açıq tender elan edilir, tikintinin parametrləri təsvir olunur, yəni gizli təhlükəsizlik məlumatlarını düşmənlərimizin də ixtiyarına verirlər. Bu prosesdə yeganə qəribə fakt bu deyil.

Mənbəmiz onu da bildirir ki, “qala”larda tikinti işlərini əsasən əcnəbilər: hindistanlılar, misirlilər, iranlılar aparır. Belə olan halda heç bir təminat yoxdur ki, onların bəziləri başqa ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və ya ucuz işçi qüvvəsi adı altında gizli məlumatlar ötürən xəbərçilər deyil”, - məqalədə deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031