xebermen.az

Rusiya-Ukrayna münaqişəsinin mümkün bitmə tarixi açıqlandı

21-11-2025, 10:18

 

Rəsmi Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin noyabrın 27-nə qədər Ukraynadakı münaqişənin həlli üçün yeni plan imzalamasını gözləyir.


Bu barədə məşhur "Financial Times" nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.


"ABŞ rəsmiləri Zelenskinin gələn həftənin cümə axşamına qədər sazişi imzalamasını gözləyirlər ki, bunu ayın sonunda Moskvada təqdim edə bilsinlər", - nəşr yazıb.


Plana əsasən, sənədlər imzalanandan sonra Rusiya tərəfinə təqdim olunacaq. Münaqişənin həllinin bütün mərhələlərini 2025-ci ilin dekabrına qədər tamamlamaq məqsədi ilə bu prosesin noyabrın sonunadək başa çatdırılması gözlənilir.


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni planı təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930