xebermen.az

"WhatsApp"da tarixin ən böyük məlumat sızması - Milyardlarla nömrə təhlükədə

20-11-2025, 12:07

 

"WhatsApp"da aşkar edilən ciddi təhlükəsizlik boşluğu nəticəsində dünya üzrə 3,5 milyard istifadəçinin telefon nömrəsi əldə edilə bilib.


Boşluq çox sadə üsulla istismar olunaraq yarım saat ərzində milyonlarla nömrənin əldə edilməsinə imkan verib.


Mütəxəssislər bunun “tarixin ən böyük məlumat sızması” ola biləcəyini deyir.


Maraqlıdır ki, bu boşluq ilk dəfə 2017-ci ildə “Meta”ya bildirilsə də, şirkət illərdir lazımi tədbirləri görməyib.


"WhatsApp" istifadəçinin nömrəsi kontakta əlavə edilən kimi onun platformada olub-olmadığı görünür və profil məlumatları da qismən açıla bilir. Bu proses limitsiz şəkildə təkrarlana bildiyi üçün tədqiqatçılar sistemli skan apararaq, təkcə yarım saatda 30 milyon ABŞ nömrəsinə çıxış əldə ediblər.


Məlumatlar “Meta”ya təqdim olunduqdan sonra tədqiqatçılar tərəfindən silinib. “Meta” isə sistemdə zərərli fəaliyyət izinə rast gəlinmədiyini açıqlayıb.


Hadisədən sonra “Meta” əməliyyat sürəti məhdudiyyətləri tətbiq edərək, kütləvi skanların qarşısını aldığını qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930