xebermen.az

Pensiyalar ARTACAQ: Yanvardan belə hesablanacaq

19-11-2025, 10:44

 

2026-cı ildən əmək pensiyalarında 10%-ə yaxın artım gözlənilir.

2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, pensiya artımı orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7% artaraq 1093 manata çatıb.

E.Əmirovun fikrincə minimum əməkhaqqının 2027-ci ildə 15%-ə qədər artırılaraq 450-460 manat səviyyəsinə çatacaq.

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə büdcəsi də bu artımı əks etdirir. Fondun gələn il üçün gəlirləri 8,32 milyard manat, xərcləri isə 8,48 milyard manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin həcmi isə bu illə müqayisədə 787,5 milyon manat artaraq 10,63% yüksələcək.

Millət vəkili Azər Badamov bildirib ki, orta pensiyanın məbləği 537 manatdan 589,2 manata yüksələcək. Əmək pensiyalarında isə 9,2% artım nəzərdə tutulur.

Qeyd edək ki, minimum pensiya məbləği bu il olduğu kimi, gələn il də 320 manat, minimum əməkhaqqı isə 400 manat səviyyəsində qalacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930