xebermen.az

Gələn ay 30 manat yardım veriləcək

18-11-2025, 10:44

 

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək.


Bir dəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur.


Bəs birdəfəlik yardımı necə almaq olar?


Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər. 


Xatırladaq ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq.


Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix  Azərbaycanda da qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031