xebermen.az

Qanun var, cəza isə yoxdur - Qohum nikahları bu gün də davam edir

18-11-2025, 10:43

Azərbaycanda 2025-ci il 1 iyuldan etibarən qüvvəyə minən dəyişikliyə əsasən, qohumlar arasında nikah bağlamaq qadağan edilib.

Ancaq gənclər tətbiq edilən qadağaya baxmayaraq müxtəlif üsullarla toy edirlər. Bəziləri rəsmi nikaha girmir, bəzi ailələrdə valideynlər formal olaraq övladlarından imtina edir, bəzən sadəcə dini nikahla kifayətlənirlər və s.

Bəs, həmin şəxsləri hansı cəzalar gözləyir?

Məsələ ilə bağlı hüquqşünas Rəşad Əliyev bildirib ki, qanunda bununla bağlı hər hansı tənzimləmə və ya cəza nəzərdə tutulmayıb.

Ədliyə Nazirliyindən isə bildirilib ki, müvafiq dəyişiklikdən sonra nikah bağlamaq üçün müraciət edən qohumluq əlaqəsi olan vətəndaşlara qeydiyyat şöbələri tərəfindən qanunvericiliyin tələbləri izah edilir.

Bu isə praktikada belə vəziyyət yaradır ki, nikah rəsmiləşməsə də, insanlar birlikdə yaşamaqda, ailə qurmaqda və münasibətlərini davam etdirməkdə sərbəstdir. Hüquqi baxımdan onların qarşısını alan heç bir mexanizm yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930