xebermen.az

Paşinyanın partiyası bu seçkilərdə qalib gəldi: Hökuməti təkbaşına quracaq

17-11-2025, 09:51

 

Ermənistan Mərkəzi Seçki Komissiyası Vaqarşapat seçkilərinin ilkin nəticələrini dərc edib.


47 seçki məntəqəsinin hamısında bülletenlər hesablandıqdan sonra hakim “Mülki Müqavilə” partiyası liderlik edir.


Hakim partiya 48,5% səs qazanaraq icma ağsaqqallar şurasında çoxluğu və hökuməti təkbaşına formalaşdırmaq imkanını təmin edib. “Qələbə” bloku (“İrəli” və “Daşnaksütyun” partiyaları da daxil olmaqla) 31,9 faizlə ikinci, “Ana Ermənistan” isə 5,4 faizlə üçüncü olub.


İlkin hesablamalara görə, Şurada 33 yer aşağıdakı kimi bölüşdürülüb: “Mülkü Müqavilə” 19 mandat, “Qələbə” bloku 12 mandat, “Ana Ermənistan” isə 2 mandat alır.


Xatırladaq ki, Vaqarşapat İcma Şurasında yerlər uğrunda səkkiz siyasi qüvvə mübarizə aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930