xebermen.az

"Google Play"də yeni FUNKSİYA

17-11-2025, 09:49

 


"Google Play" "Harada izləmək olar" adlı yeni funksiyanı işə salır.

Bu funksiya istifadəçilərə lazım olan film və ya serialın harada yayımlandığını tez bir zamanda müəyyənləşdirməyə kömək edəcək.

Artıq "Play Store"da axtarışa film və ya serialın adını yazdıqda, kontenti izləməyin mümkün olan bütün tətbiqlərin siyahısı istifadəçinin qarşısına çıxacaq. Əgər siyahıdakı xidmət istifadəçinin cihazında quraşdırılmayıbsa, onu birbaşa həmin səhifədən endirmək mümkün olacaq.

Bununla belə, funksiya müəyyən məhdudiyyətlərə malikdir. Sistem istifadəçinin həmin platformaya abunə olub-olmadığını göstərmir. Orada reklamların göstərilib-göstərilməyəcəyi barədə məlumat yoxdur. Həmçinin bəzi platformalarda olduğu kimi, əlavə ödənişli abunə tələb olunub-olunmadığı da göstərilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930