xebermen.az

Psixoloq əmək fəaliyyətində məhsuldarlığın azalmasının səbəblərini izah edib

16-11-2025, 11:38

 

"Həddindən artıq tələblər zəiflik faktoruna çevrilir. Nəticələr təkcə əhvali-ruhiyyəyə deyil, həm də fiziki rifaha təsir edir. Bu, yuxuya, konsentrasiyaya və motivasiyaya da təsir göstərir".

Bunu rusiyalı psixoloq Viktoriya Xaritonova deyib.

Onun sözlərinə görə, perfeksionizm, yəni hər şeyin mükəmməl icra etmək sindromu xroniki yorğunluğa və əhvali-ruhiyyənin pozulmasına səbəb olur.

Psixoloq izah edib ki, perfeksionizmə qarşı mübarizə aparmaq üçün ümumi tapşırıqları qısa dövrlər üçün planlaşdırmaq vacibdir. Bu, narahatlığı azaldır və təkrar işlərdən qaçmağa kömək edir.

Mütəxəssis əlavə edib ki, əgər insan nəticələrlə bağlı daimi narahatlıq yaşayırsa və müstəqil şəkildə bunun öhdəsindən gələ bilmirsə, peşəkarların köməyinə ehtiyacı olduğunu düşünməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031