xebermen.az

Kosmik obyektdə süni mənşə əlamətləri aşkar edilib

16-11-2025, 11:37

 

Alimlər Yer kürəsinə tədricən yaxınlaşan "3I/ATLAS" kosmik obyektində süni mənşə əlamətləri aşkar ediblər.

Bu barədə Harvard Universitetinin alimi Avi Loeb məlumat verib.

Onun sözlərinə görə, səma cismində təbii mənşəli adi kometalar üçün atipik olan bir sıra anomaliyalar müşahidə olunub. Məsələn, cisim günəşə yaxınlaşdıqdan sonra da aktiv olaraq qalır və vahid varlıq kimi mövcudluğunu davam etdirir.

Xatırladaq ki, "3I/ATLAS" kosmik obyekti bu ilin iyulunda görünüb. Daha sonra alimlər müəyyən ediblər ki, bu, başqa bir ulduz sistemindən olan kometadır. Həmçinin obyektin təxminən 7.5 milyard yaşında olduğu müəyyən edilib ki, bu da Günəşdən 3 milyard il daha qədimdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031