xebermen.az

"WhatsApp" istifadəçilərə dələduzlardan gələn mesajları müəyyən etməyin yolunu öyrətdi

16-11-2025, 11:35

 

"WhatsApp" mesenceri istifadəçilərə şübhəli mesajı müəyyən etməyin və dələduzlardan qorunmağın yolunu izah edib.

Bu barədə məqalə xidmətin məlumat mərkəzində yerləşdirilib.

Qeyd olunub ki, dələduzlar digər istifadəçilərin şəxsi və ya ödəniş məlumatlarını oğurlamaq üçün "WhatsApp"dan istifadə edə bilərlər. Bildirilir ki, belə hesablardan gələn mesajlar adətən yanlış yazılar və səhvlər, keçidə daxil olmaq, pul göndərmək, kart məlumatları, hesab və ya şifrələri təqdim etmək xahişləri ehtiva edir.

Bundan əlavə, dələduzlar lotereyada uduş və ya investisiyalar haqqında məlumat verə, həmçinin mesencerdən istifadə üçün ödəniş etmək lazım olduğunu iddia edə bilərlər. Nəhayət, cinayətkarlar özlərini başqa bir şəxs kimi təqdim edə və ya şəxsi məlumatları əldə etmək üçün digər istifadəçilərin etibarını qazanmağa çalışa bilərlər.

Dələduzların qurbanı olmamaq üçün mesencerdə şübhəli mesajı klikləməmək və onu yönləndirməmək tövsiyə olunur. Keçidə daxil olmadan və ya faylı açmadan əvvəl, məqalədə onlara diqqətlə baxmağı və zərərli görünüb-görünmədiyini qiymətləndirməyi məsləhət görüblər.

"WhatsApp", həmçinin istifadəçilərə şəxsi suallar, audio və ya videozənglər vasitəsilə mesajı göndərənin şəxsiyyətini təsdiqləməyi tövsiyə edib. Nəhayət, məqalədə mesencerdə mesajdan şikayət etmək və ya onu silmək, həmçinin istifadəçini bloklamaq funksiyasının olduğu xatırladılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930